25 iyun 2026. Cümə axşamı

Akosta "Dukati" ilə müqavilə imzaladı


  • Formula-1
  • 23:31 24.06.2026
  • Oxunma sayı: 28
Akosta "Dukati" ilə müqavilə imzaladı

"Dukati" komandası Pedro Akosta ilə müqavilə bağlandığını rəsmən açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı sürücü 2027 və 2028-ci il mövsümlərində zavod komandasında çıxış edəcək. O, yeddiqat dünya çempionu Mark Markesin komanda yoldaşı olacaq.

"Dukati"nin baş direktoru Luici Dallinya bildirib ki, Akosta komandanın gələcəyi üçün ən uyğun namizədlərdən biridir:

"Markla müqavilənin təsdiqlənməsindən sonra layihəyə gənc və sürətli sürücü cəlb etmək istəyirdik. Pedro həm danılmaz istedada malikdir, həm də qısa müddətdə yüksək səviyyəli yetkinlik nümayiş etdirib.

O, altı ildən də az müddətdə iki dəfə aşağı kateqoriyalar üzrə dünya çempionu olub və ən nüfuzlu sinifdə inamlı nəticələr göstərib.

Pedronun komandaya qoşulması hər kəs üçün əlavə motivasiya olacaq. O, inkişafımıza töhfə verəcək, biz isə onun peşəkar sürücü kimi daha da formalaşmasına dəstək olacağıq. İnanıram ki, komandamızın dəstəyi və lazımi vaxt sayəsində onun töhfəsi nəticələrin yaxşılaşmasına və qarşıya qoyulan hədəflərə çatmağa kömək edəcək".

Akosta ən nüfuzlu motosiklet yarışları seriyasında debüt mövsümündə ilin ən yaxşı yeni iştirakçısı seçilib. O, 2025-ci il mövsümünü ümumi sıralamada dördüncü pillədə başa vurub.

İspaniyalı sürücünün aktivində yüksək kateqoriyada 13 mükafatçılar kürsüsü nəticəsi də var.







Formula-1