- Formula-1
- 23:40 24.06.2026
"Ferrari" komandasının güc qurğularının hazırlanmasına cavabdeh rəhbəri Enriko Qualtyeri Avstriya Qran-prisi üçün mühərrikdə kiçik yeniləmənin tətbiq olunduğunu təsdiqləyib.
90deqiqe.Az-ın məlumatına görə, o bildirib ki, komandanın bazasında çalışan kollektiv əlavə imkanlar yaradan sistemdən maksimum səmərə ilə istifadə etmək üçün fasiləsiz fəaliyyət göstərir və inkişaf proqramı plan üzrə davam etdirilir.
"Şpilberqə gətirdiyimiz yeniləmə nisbətən kiçik xarakter daşıyır. Bu, son həftələr ərzində görülən işlərin nəticəsidir və məqsəd hazırlıq proqramı çərçivəsində əldə olunan təkmilləşdirmələri birbaşa yarış trasında tətbiq etməkdir.
Bu yenilik paketi idmanımızın əsas prinsiplərini əks etdirir: daimi inkişaf, dəyişən şəraitə operativ reaksiya və əldə olunan yeniliklərin ilk fürsətdə tətbiqi", – deyə Qualtyeri vurğulayıb.
Qeyd edək ki, İtaliya təmsilçisi mövsüm ərzində nəticələrini yaxşılaşdırmaq məqsədilə texniki inkişaf proqramını davam etdirir.