- Formula-1
- 23:40 24.06.2026
"Red Bull" komandası Avstriya Qran-prisi üçün yarış avtomobilinin artıq çəki problemini aradan qaldırmağa yönəlmiş genişmiqyaslı yenilik paketi hazırlayıb.
90deqiqe.Az-ın “RacingNews365”ə istinadən məlumatına görə, komandanın rəhbəri Loran Mekis bildirib ki, kollektiv bu yeniliklər üzərində böyük səylə çalışıb:
"Bu yenilik paketi üzərində hər kəs çox ciddi işləyib. Avstriyada təkcə bunun kifayət etməyəcəyini yaxşı bilirik. Bundan sonra da əlavə addımların atılması tələb olunacaq. Lakin vacib olan odur ki, Yaponiya mərhələsindən etibarən seçdiyimiz istiqamətdə irəliləməyə davam edək və fərqi addım-addım azaldaq. Məqsədimiz artıq dörd onda saniyəlik geridəqalmadan deyil, daha kiçik fərqdən danışmaqdır".
Məlumata görə, komanda Avstriya Qran-prisinədək yarış avtomobilindəki artıq çəki problemini tam aradan qaldırmağı planlaşdırır.
Bildirilir ki, mövsümün əvvəlində avtomobil normadan 12 kiloqram ağır olub. Mayamidə keçirilən mərhələdə bu fərq təxminən iki dəfə azaldılıb.
Qeyd olunur ki, yeni təkmilləşdirmələr yarış avtomobilinin demək olar bütün hissələrini əhatə edəcək.