28 iyun 2026. Bazar günü

Rassel Avstriyada hamını qabaqladı, Verstappen qəzaya düşdü


  • Formula-1
  • 04:59 28.06.2026
  • Oxunma sayı: 38
 Rassel Avstriyada hamını qabaqladı, Verstappen qəzaya düşdü

Formula 1 üzrə dünya çempionatının Avstriya Qran-prisində sıralama yürüşü başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Şpilberqdə yerləşən və uzunluğu 4,3 kilometr olan "Red Bull" trasında keçirilən sıralama mərhələsində "Mersedes" komandasının britaniyalı pilotu Corc Rassel 1 dəqiqə 6,113 saniyə nəticə göstərərək birinci olub.

Beləliklə, Rassel Formula 1 karyerasında 11-ci dəfə yarışa ilk sıradan başlamaq hüququ qazanıb.

"Ferrari"nin monakolu pilotu Şarl Lekler liderdən 0,236 saniyə geri qalaraq ikinci yeri tutub. Onun komanda yoldaşı, britaniyalı Lüis Hemilton isə 0,295 saniyə fərqlə üçüncü olub.

Qeyd edək ki, Avstriya Qran-prisinin əsas yarışı iyunun 29-da Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Sıralama yürüşü zamanı "Red Bull" komandasının niderlandlı pilotu Maks Verstappen qəza keçirib. Buna baxmayaraq, o, əsas yarışa beşinci sıradan başlayacaq.







Formula-1