28 iyun 2026. Bazar günü

Corc Rassell Avstriya Qran-prisinin qalibi oldu


  • Formula-1
  • 21:18 28.06.2026
  • Oxunma sayı: 49
Corc Rassell Avstriya Qran-prisinin qalibi oldu

Bu gün Avstriyanın Şpilberq şəhərində yerləşən "Red Bull Ring" trasında Formula 1 üzrə 2026-cı il mövsümünün səkkizinci mərhələsi olan Avstriya Qran-prisi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, yarışın qalibi "Mercedes"in britaniyalı pilotu Corc Rassell olub. "Red Bull" komandasının niderlandlı sürücüsü Maks Verstappen ikinci yeri tutub. İlk üçlüyü isə "Mercedes"in italiyalı pilotu Andrea Kimi Antonelli tamamlayıb.

Avstriya Qran-prisinin nəticələri:

  1. Corc Rassell ("Mercedes") – 71 dövrə
  2. Maks Verstappen ("Red Bull") – +1.611 saniyə
  3. Andrea Kimi Antonelli ("Mercedes") – +1.986 saniyə
  4. Oskar Piastri ("Maklaren") – +21.809 saniyə
  5. Lüis Hemilton ("Ferrari") – +26.393 saniyə
  6. İsak Hacar ("Red Bull") – +29.399 saniyə
  7. Lando Norris ("Maklaren") – +31.505 saniyə
  8. Şarl Lekler ("Ferrari") – +45.659 saniyə
  9. Liam Louson ("Racing Bulls") – +1 dövrə
  10. Arvid Lindblad ("Racing Bulls") – +1 dövrə
  11. Qabriel Bortoleto ("Audi") – +1 dövrə
  12. Niko Hülkenberq ("Audi") – +1 dövrə
  13. Pyer Qasli ("Alpine") – +1 dövrə
  14. Oliver Berman ("Haas") – +1 dövrə
  15. Franko Kolapinto ("Alpine") – +1 dövrə
  16. Esteban Okon ("Haas") – +2 dövrə
  17. Aleks Albon ("Williams") – +2 dövrə
  18. Fernando Alonso ("Aston Martin") – +3 dövrə

Yarışı başa vura bilməyən pilotlar isə bunlar olub:

  • Lens Stroll ("Aston Martin")
  • Karlos Sayns ("Williams")
  • Serxio Peres ("Cadillac")
  • Valtteri Bottas ("Cadillac")






Formula-1