- Formula-1
- 23:43 02.07.2026
"Haas" komandasının fransalı pilotu Esteban Okon mövsümün sonunda komandasını dəyişə bilər.
90deqiqe.Az xəbər verir ki, tərəflər arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar davam etsə də, əməkdaşlığın 2026-cı il mövsümünün sonunda başa çatacağı ehtimal olunur.
Məlumata görə, 29 yaşlı pilotun ən real variantı "Aston Martin"ə keçiddir. Bildirilir ki, Fernando Alonso Formula-1 karyerasını başa vuracağı və ya "Alpin"ə keçəcəyi təqdirdə Okon ispaniyalını əvəz edə bilər. Fransalı pilotun "Aston Martin"in sürücüsü Lens Strollla yaxın dost olduğu da qeyd edilir.
Əgər Alonso komandada qalmağa qərar versə, Esteban Okona ehtiyat pilot rolu təklif oluna bilər. Bu halda onun 2028-ci ildə əsas heyətə yüksəlmək şansı əldə edəcəyi bildirilir.
Qeyd edək ki, Okon cari mövsümdə "Haas" komandasında Oliver Bermanla birlikdə çıxış edir.