3 iyul 2026. Cümə

"Verstappenin komanda yoldaşım olmasını istərdim"


  • Formula-1
  • 22:56 02.07.2026
  • Oxunma sayı: 38
"Verstappenin komanda yoldaşım olmasını istərdim"

"Maklaren" komandasının pilotu Lando Norris Maks Verstappenin Britaniya təmsilçisinə mümkün keçidi ilə bağlı yayılan iddialara münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, britaniyalı pilot dördqat dünya çempionunu komanda yoldaşı kimi görmək istədiyini desə də, hazırkı komanda yoldaşı Oskar Piastrinin də yüksək səviyyəli pilot olduğunu vurğulayıb.

"Şayiələr həmişə olacaq. Həmişə müəyyən qeyri-müəyyənliklər yaranır. Amma mən bilirəm ki, biz Oskarla birlikdə uzun illər "Maklaren"in gələcək planlarının bir hissəsiyik. Buna görə də belə söhbətlərin ortaya çıxmasını izləmək maraqlıdır.

İstənilən pilotu komanda yoldaşı kimi qəbul edərəm. Maks da, Lyuis Həmilton da, Fernando Alonso da dünya çempionlarıdır və ən güclü pilotlar sırasındadırlar. Hər zaman özünü ən yaxşılarla müqayisə etmək istəyirsən. Bunun ən yaxşı yolu isə eyni komandada çıxış etməkdir.

Düzünü desəm, Maksın komanda yoldaşım olmasını istərdim. Lyuis və ya Fernando ilə də eyni komandada yarışmaqdan məmnun olardım. Amma Oskarı da çox bəyənirəm. O, həqiqətən də möhtəşəm pilotdur və mənim inkişaf etməyimə kömək edir.

"Red Bull"un fəlsəfəsi və yanaşması bizimkindən fərqlənir. Düşünürəm ki, Maks "Maklaren"də "Red Bull"dakı kimi bəzi üstünlüklərə sahib ola bilməz", - deyə Norris bildirib.







Formula-1