- Formula-1
- 23:43 02.07.2026
“Ferrari” pilotu Şarl Lekler Böyük Britaniya Qran-prisi öncəsi komandanın yenilənmiş bolidi ilə bağlı fikirlərini bölüşüb, həmçinin komandanın tempi və yaxın yarışlar barədə proqnoz verib.
90deqiqe.Az xəbər verir ki, monakolu pilot Boloniyada təqdim olunan yeniliklərdən sonra maşının idarəetməsində hiss olunan irəliləyişdən danışıb.
“Detallara varmaq ədalətli olmaz, çünki Barselonada çoxlu yeniliklərimiz oldu. Biz tamamilə yeni spesifikasiyalı bolid gətirdik. Orada bəzi yeniləmələr mənim maşını idarə etmə hissimi yaxşılaşdırdı. Həmin həftəsonu temp və ümumi hiss baxımından daha müsbət keçdi. Təəssüf ki, bazar günü nəticə məlumdur – texniki problem yaşadıq, şənbə günü isə sıralanma mərhələsinin üçüncü hissəsində ciddi səhv etdim.
Bu səbəbdən həftəsonu istədiyim kimi keçmədi. Amma temp baxımından problem görmürəm, əksinə bu, güclü həftəsonu idi. Avstriyada da bazar gününə qədər ciddi problem yox idi, yarışda çətinliklər yarandı. Orada tempə təsir edən bir neçə məqamı müəyyən etdik və dəyişikliklər edəcəyik.
Həmçinin demək lazımdır ki, növbəti iki yarış komanda üçün çox çətin olacaq. Mənim edə biləcəyim ən yaxşı şey isə vəziyyətdən asılı olmayaraq daha çox işləməyə davam etməkdir”, – deyə Lekler bildirib.