4 iyul 2026. Şənbə

Maks Verstappen gələcəyi ilə bağlı danışdı


  • Formula-1
  • 23:28 03.07.2026
  • Oxunma sayı: 43
Maks Verstappen gələcəyi ilə bağlı danışdı

Dördqat dünya çempionu Maks Verstappen "Maklaren"lə mümkün danışıqlarla bağlı yayılan iddialara münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, "Red Bull"un pilotu hazırda bütün diqqətini komandadakı işinə yönəltdiyini deyib.

"Bu məsələni şərh etmək fikrim yoxdur. Daha əvvəl deməli olduqlarımı artıq demişəm. Əgər yeni nəsə baş versə və ya vəziyyət dəyişsə, bunu məndən eşidəcəksiniz, başqalarından yox.

Hazırda yalnız komandamdakı işimə köklənmişəm. İnkişaf etdiyimizi görmək sevindiricidir. Avstriyadakı yarış həftəsonu mənim üçün çox müsbət keçdi. Daha da irəliləməyə çalışırıq. Bilirəm ki, bu, asan olmayacaq, çünki rəqabət çox yüksəkdir. Amma məqsədimiz daha sürətli olmaqdır"







Formula-1