4 iyul 2026. Şənbə

Hemilton Böyük Britaniya Qran-prisinin sprint təsnifatının qalibi oldu


  • Formula-1
  • 23:40 03.07.2026
  • Oxunma sayı: 37
Hemilton Böyük Britaniya Qran-prisinin sprint təsnifatının qalibi oldu

İyulun 3-də Silverstoun trasında keçirilən Böyük Britaniya Qran-prisinin sprint təsnifat mərhələsinə yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, sıralama turunda ən yaxşı nəticəni "Ferrari"nin pilotu, yeddiqat dünya çempionu Luis Hemilton göstərib.

41 yaşlı britaniyalı pilot 1:28.376 nəticə ilə ilk yeri tutaraq sprint yarışına pouldan başlayacaq.

İkinci yeri "Mercedes"in pilotu Andrea Kimi Antonelli tutub. O, Hemiltondan cəmi 0.011 saniyə geri qalıb. İlk üçlüyü isə "Red Bull"un dördqat dünya çempionu Maks Verstappen tamamlayıb.

Sprint təsnifatının ilk onluğu:

  1. Luis Hemilton ("Ferrari") – 1:28.376
  2. Andrea Kimi Antonelli ("Mercedes") – +0.011
  3. Maks Verstappen ("Red Bull") – +0.321
  4. Şarl Lekler ("Ferrari") – +0.327
  5. Corc Rassell ("Mercedes") – +0.357
  6. Lando Norris ("Maklaren") – +0.364
  7. Oskar Piastri ("Maklaren") – +0.396
  8. İsak Hacar ("Red Bull") – +0.459
  9. Liam Louson ("Reysinq Bulls") – +0.551
  10. Arvid Lindblad ("Reysinq Bulls") – +0.991

İkinci təsnifat mərhələsində Pyer Qasli, Qabriel Bortoleto, Niko Hülkenberq, Franko Kolapinto, Karlos Sayns və Aleks Albon mübarizəni dayandırıblar.

Birinci təsnifat mərhələsində isə Oliver Berman, Esteban Okon, Serxio Peres, Valtteri Bottas, Fernando Alonso və Lens Stroll növbəti mərhələyə yüksələ bilməyiblər.







Formula-1