5 iyul 2026. Bazar günü

Antonelli Silverstounda hamını qabaqladı


  • Formula-1
  • 23:10 04.07.2026
  • Oxunma sayı: 38
Antonelli Silverstounda hamını qabaqladı

Formula 1 üzrə 2026-cı il mövsümünün Böyük Britaniya Qran-prisinin sıralama turu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Silverstoun trasında keçirilən doqquzuncu mərhələnin sıralama yürüşündə mövsümün lideri, 19 yaşlı italiyalı Andrea Kimi Antonelli hamını qabaqlayaraq poul mövqeyini qazanıb.

“Mercedes” komandasının pilotu ən yaxşı dövrəni 1:28.111 nəticə ilə tamamlayıb.

İkinci yeri “Ferrari”nin pilotu Şarl Lekler tutub. O, Antonellidən 0.175 saniyə geri qalıb. İlk üçlüyü isə digər “Ferrari” pilotu Luis Hemilton (+0.347) tamamlayıb.

İlk onluq belə sıralanıb:

  1. Andrea Kimi Antonelli (“Mercedes”) – 1:28.111
  2. Şarl Lekler (“Ferrari”) +0.175
  3. Luis Hemilton (“Ferrari”) +0.347
  4. Corc Rassell (“Mercedes”) +0.370
  5. İsak Hacar (“Red Bull”) +0.635
  6. Lando Norris (“Maklaren”) +0.766
  7. Maks Ferstappen (“Red Bull”) +0.782
  8. Oskar Piastri (“Maklaren”) +0.921
  9. Arvid Lindblad (“Reysinq Bulls”) +1.194
  10. Liam Louson (“Reysinq Bulls”) +1.605

İkinci sessiyada Qabriel Bortoleto, Pyer Qasli, Niko Hülkenberq, Oliver Berman, Karlos Sains və Aleks Albon mübarizəni dayandırıblar.

Birinci sessiyada isə Esteban Okon, Valtteri Bottas, Franko Kolapinto, Serxio Peres, Lens Stroll və Fernando Alonso sıralama turunu erkən başa vurublar.







Formula-1