5 iyul 2026. Bazar günü

Böyük Britaniya sprintindən sonra Hülkenberq cəzalandırıldı


  • Formula-1
  • 23:14 04.07.2026
  • Oxunma sayı: 34
Böyük Britaniya sprintindən sonra Hülkenberq cəzalandırıldı

Beynəlxalq Avtomobil Federasiyasının stüardları Formula 1 üzrə “Audi” komandasının pilotu Niko Hülkenberqi Böyük Britaniya Qran-prisinin sprint yarışında baş vermiş insidentə görə cəzalandırıblar.

90deqiqe.Az xəbər verir ki, almaniyalı pilot “Haas” komandasının sürücüsü Esteban Okonla mübarizə zamanı qayda pozuntusuna yol verdiyi üçün beş saniyə cərimə alıb.

Bunun nəticəsində Hülkenberqin yekun protokoldakı mövqeyi 13-cü yerdən 15-ci pilləyə enib.

Stüardların açıqlamasında bildirilir ki, yarışın ilk dövrəsində doqquzuncu döngədə Hülkenberq mövqeyini Okondan qorumağa çalışarkən döngəyə həddindən artıq sürətlə daxil olub və trasın hüdudlarını tərk edib. O, trasa qayıtdıqdan sonra qazandığı üstünlüyü qaytarmayıb.

Pilot izahatında Okonun daxili trayektoriya ilə hücuma keçdiyini, toqquşmadan yayınmaq və rəqibə yer vermək üçün bu addımı atdığını bildirib.

Stüardlar bunu yüngülləşdirici hal kimi nəzərə alsalar da, təqdim olunan görüntü və telemetriya məlumatlarını araşdırdıqdan sonra əsas səbəbin Hülkenberqin döngəyə həddindən artıq sürətlə daxil olması qənaətinə gəliblər.

Bu səbəbdən almaniyalı pilotun beş saniyə vaxt cəriməsi ilə cəzalandırılmasına qərar verilib.







Formula-1