- Formula-1
- 23:13 05.07.2026
"Ferrari" komandasının pilotu Şarl Lekler 2026-cı il mövsümündə keçirilən "Formula 1" üzrə Böyük Britaniya Qran-prisinin qalibi olub.
90deqiqe.Az xəbər verir ki, "Silverstoun" trasında baş tutan yarışda monakolu pilot finiş xəttini birinci keçərək uzun sürən qələbəsiz seriyasını başa vurub.
İkinci yeri "Mercedes"in pilotu Corc Rassel tutub. Fəxri kürsünün son pilləsinə isə Leklerin komanda yoldaşı Lüis Hemilton yüksəlib.
Çempionatın lideri Andrea Kimi Antonelli ("Mercedes") yarışı 16-cı pillədə başa vursa da, ümumi təsnifatda 179 xalla liderliyini qoruyub. Corc Rassel 154 xalla ikinci, Lüis Hemilton isə 147 xalla üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, Şarl Lekler sonuncu dəfə 2024-cü ilin oktyabrında ABŞ Qran-prisində qalib gəlmişdi. Beləliklə, "Ferrari" pilotu 37 yarış davam edən qələbəsiz seriyasına Britaniya Qran-prisində son qoyub.
Xatırladaq ki, "Formula 1" üzrə dünya çempionatının növbəti – 11-ci mərhələsi iyulun 17-19-da Belçikada keçiriləcək.