- Formula-1
- 21:39 06.07.2026
Dördqat dünya çempionu Maks Verstappen "Mersedes"ə keçmək üçün maaşında güzəştə getməyə hazır olub.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Franko Nunyes məlumat yayıb.
Mənbənin iddiasına görə, niderlandlı pilot "Red Bull"la müqaviləsində yer alan erkən ayrılma bəndinin gözlənilən üstünlüyü vermədiyini anlayıb. Uzun sürən danışıqlara baxmayaraq, "Mersedes" Verstappenin transferinə razılıq verməyib.
Bildirilir ki, "Mersedes" 2027-ci il mövsümü üçün Corc Rassellə müqaviləni uzatmağı planlaşdırır. Komandanın rəhbəri Toto Volf heyətdə ciddi dəyişiklik etmək istəməyib.
Məlumata əsasən, Maks Verstappen illik məvacibini 50 milyon dollara qədər azaltmağa hazır olsa da, üçillik müqavilə tələb edib. Lakin bu şərt "Mersedes" tərəfindən müzakirəyə çıxarılmayıb.