- Formula-1
- 23:38 07.07.2026
"Ferrari" İspaniya Qran-prisinə ev sahibliyi edəcək yeni "Madrinq" yarış trasında sınaq yürüşü keçirən ilk komanda olacaq.
90deqiqe.Az xəbər verir ki, komanda cümə axşamı trasda çəkiliş günü çərçivəsində ilk yürüşlərini reallaşdıracaq.
Məlumata görə, uzunluğu 5,416 kilometr, 22 döngədən ibarət olan yeni trasda ilk dəfə "Formula-1" bolidi hərəkət edəcək. Komanda reqlamentə uyğun olaraq gün ərzində 200 kilometrədək məsafə qət edə biləcək. Sükan arxasında növbə ilə Luis Hemilton və Şarl Lekler əyləşəcəklər.
Sınaq yürüşləri zamanı yeni tras barədə ilkin texniki məlumatlar toplanacaq. Bununla yanaşı, təşkilatçılar sentyabrın 11-13-də keçiriləcək ilk İspaniya Qran-prisi ərəfəsində avtodromun hazırlıq vəziyyətini də qiymətləndirəcəklər.
Qeyd edək ki, "Madrinq" yarış trasının infrastrukturunda tikinti işləri hələ davam etsə də, yarış zolağının inşası artıq tam başa çatdırılıb.