8 iyul 2026. Çərşənbə

Maks Verstappen "Maklaren"lə razılaşdı?


  • Formula-1
  • 23:21 07.07.2026
  • Oxunma sayı: 43
Maks Verstappen "Maklaren"lə razılaşdı?

Dördqat dünya çempionu Maks Verstappenin "Maklaren" komandasına mümkün keçidi ilə bağlı yayılan iddialar yenidən gündəmə gəlib.

90deqiqe.Az xəbər verir ki, niderlandlı pilotla "Maklaren" arasında hazırda Oskar Piastrinin tutduğu yer üzrə aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunub və tərəflər arasında müqavilə layihəsi demək olar ki, hazır vəziyyətə gətirilib.

Bildirilir ki, Böyük Britaniya Qran-prisindən sonra "Maklaren" Piastrinin müqaviləsində nəzərdə tutulan bənddən istifadə etmək imkanı qazanıb. Bu səbəbdən də Ferstappenlə aparılan danışıqların sürətləndiyi iddia olunur. Məlumata görə, ilkin razılaşmanın üç mövsümü əhatə edəcəyi gözlənilir.

Bundan başqa, "Red Bull"un artıq bu həftə gələn mövsüm üçün pilot heyətini açıqlamağa hazırlaşdığı bildirilir. Bu isə Verstappenin gələcəyi ilə bağlı qərarını artıq verdiyi ehtimalını gücləndirib.

Bununla belə, niderlandlı pilotun "Maklaren"ə keçəcəyi barədə məlumat hələ də rəsmi təsdiqini tapmayıb. Oskar Piastriyə yaxın mənbələr isə avstraliyalı pilotun narahatlığı üçün əsas olmadığını bildirirlər. Onların sözlərinə görə, həm qüvvədə olan müqavilə, həm də "Maklaren"in baş icraçı direktoru Zak Braunun mövcud pilot heyətini dəyişmək niyyətində olmadığını dəfələrlə bəyan etməsi bu ehtimalı zəiflədir.







Formula-1