- Formula-1
- 23:38 07.07.2026
"Formula-1" üzrə qısa məsafəli yarışların sayı 2027-ci ildən artırıla bilər.
90deqiqe.Az xəbər verir ki, çempionat rəhbərliyi hazırkı altı qısa məsafəli yarış formatını mövsüm ərzində doqquz və ya 10 yarışadək genişləndirməyi nəzərdən keçirir.
"Xatırlayıram ki, bu formatı ilk dəfə tətbiq edəndə çoxları buna şübhə ilə yanaşırdı. Ancaq hesab edirəm ki, cəsarətli olmalı və yeni yanaşmalar tətbiq etməliyik. Bu gün artıq bunun nəticəsini hər kəs görür. Silverstounda cümə günü tribunaları 150 min azarkeş doldurmuşdu. Onlara tras üzərində əsl mübarizə təqdim etməmək düzgün olmazdı.
Məhz buna görə də bu istiqamətdə irəliləməliyik. Hazırda gələcəkdə qısa məsafəli yarışların sayının artırılması ilə bağlı qərarı açıqlamağa hazırlaşırıq. Bu, yeni yarış təqviminin təqdimatı ilə eyni vaxtda baş tutacaq. Yaxın günlərdə hər şey bəlli olacaq", – deyə "Formula-1"in baş icraçı direktoru Stefano Domenikali bildirib.
Qeyd edək ki, hazırda "Formula-1" mövsümündə altı qısa məsafəli yarış keçirilir.