9 iyul 2026. Cümə axşamı

"Ferrari" mühərrikdə mühüm yeniliyə hazırlaşır


  • Formula-1
  • 23:12 08.07.2026
  • Oxunma sayı: 42
"Ferrari" mühərrikdə mühüm yeniliyə hazırlaşır

Böyük Britaniya Qran-prisində qazanılan qələbədən sonra "Ferrari" komandasında mühərrik şöbəsinin rəhbəri Enriko Qualtyerinin iştirakı ilə əməkdaşlarla görüş keçirilib.

90deqiqe.Az xəbər verir ki, görüşdə ADUO layihəsi üzrə görülən işlərin son vəziyyəti müzakirə olunub.

Məlumata görə, ADUO 2 yeniləmə paketi çərçivəsində hazırlanmış yeni turbokompressorun qarşıdakı beş Qran-pridən biri zamanı istifadəyə verilməsi planlaşdırılır. Komanda yeni texniki konfiqurasiya ilə Madrid mərhələsində çıxış etməyi hədəfləyir.

Bildirilir ki, bu yenilik "Ferrari" mühərrikində nəzərdə tutulan ən mühüm dəyişikliklərdən biri hesab olunur və güc qurğusunun ümumi səmərəliliyinin artırılmasına xidmət edir. Bununla yanaşı, mühərrik şöbəsi artıq 2027-ci il mövsümü üçün nəzərdə tutulan ADUO güc qurğusunun sınaqlarına da başlayıb.

Texniki direktor Loik Serra isə SF-26 bolidinin inkişaf proqramının gözləntiləri doğrultduğunu bildirib. Onun sözlərinə görə, indiyədək tətbiq edilən yeniliklər müsbət nəticələr verib və komanda bolidin rəqabət qabiliyyətini artırmaq üçün bütün inkişaf imkanlarından istifadə etməyə davam edəcək.







Formula-1