- Formula-1
- 23:33 09.07.2026
Formula-1 üzrə 2009-cu ilin dünya çempionu Censon Batton Maks Verstappenin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, britaniyalı sabiq pilot 28 yaşlı niderlandlı sürücünün "Mersedes" komandasına keçməsinin daha məqsədəuyğun olacağını bildirib.
"Əgər mən Ferstappenin meneceri olsaydım, onu göndərmək istədiyim komanda, əlbəttə ki, "Mersedes" olardı. O, Andrea Kimi Antonelli və ya Corc Rassell ilə eyni komandada çıxış edə bilər. Təbii ki, bu, komandanın Maks üçün onlardan hansından imtina edəcəyindən asılıdır", - deyə Batton bildirib.
Qeyd edək ki, Maks Verstappen Formula-1-də çıxışına 2015-ci ildə "Toro Rosso" komandasında başlayıb. O, 2016-cı ildə "Red Bull"a keçib və yeni komandası ilə ilk yarışında - İspaniya Qran-prisində qələbə qazanıb.