10 iyul 2026. Cümə

Kristian Horner "Formula-1"ə qayıdış şərtini açıqladı


  • Formula-1
  • 23:23 09.07.2026
  • Oxunma sayı: 35
Kristian Horner "Formula-1"ə qayıdış şərtini açıqladı

"Red Bull"un sabiq rəhbəri Kristian Horner "Formula-1"ə hansı şərtlə qayıda biləcəyindən danışıb.

90deqiqe.Az xəbər verir ki, britaniyalı funksioner yalnız real səlahiyyətlərə malik olacağı və komandanın inkişafına təsir göstərə biləcəyi vəzifədə çalışmaq istədiyini bildirib.

"Hər həftə mənim başqa komandaya keçəcəyim barədə müxtəlif iddialar səslənir. Haqqımda hələ də danışılması xoşdur. Əlbəttə, belə söz-söhbətlər qaçılmazdır. İndiyədək müəyyən məhdudiyyətlər səbəbindən heç bir addım ata bilmirdim. İndi isə rəsmi olaraq azad agent statusundayam. "Red Bull"dan ayrılarkən də əsas məqsədim uzunmüddətli məhdudiyyətlərdən azad olmaq idi.

Mən böyük mexanizmdə sadəcə kiçik bir hissə olmaq istəmirəm. İndiyədək nəyə qadir olduğumu dəfələrlə sübut etmişəm. Əgər Formula-1-ə qayıtsam, bu yalnız nəyisə dəyişmək, inkişaf istiqamətini müəyyənləşdirmək və qələbələr uğrunda mübarizə aparmaq səlahiyyətim olan vəzifə üçün olacaq. Əks halda, qısa müddətdə məyus olaram. Qələbə uğrunda mübarizə aparmayacaqsansa, bunun nə mənası var?" - deyə Horner bildirib.







Formula-1