10 iyul 2026. Cümə

Verstappenin gələcəyi ilə bağlı gizli görüş keçirildi


  • Formula-1
  • 23:33 09.07.2026
  • Oxunma sayı: 38
Verstappenin gələcəyi ilə bağlı gizli görüş keçirildi

Dördqat dünya çempionu Maks Verstappenin atası Yos Verstappen və meneceri Raymond Vermulen "Red Bull"un sabiq müşaviri Helmut Marko ilə görüş keçiriblər.

90deqiqe.Az xəbər verir ki, görüşün fotosunu jurnalist Erik van Haren sosial şəbəkə hesabında paylaşıb.

Tərəflər arasında hansı məsələlərin müzakirə olunduğu açıqlanmayıb.

Verstappenin müqaviləsində yay fasiləsinədək şəxsi hesabda ilk iki pillədə yer almayacağı təqdirdə komandadan vaxtından əvvəl ayrılmasına imkan verən bənd mövcuddur.

Qeyd edək ki, son həftələr Maks Verstappenin Formula-1-dəki gələcəyi ilə bağlı müxtəlif iddialar gündəmdədir. Daha əvvəl Erik van Haren Böyük Britaniya Qran-prisindən sonra "Red Bull" daxilində vəziyyətin xeyli gərginləşdiyini bildirmişdi.

Bundan başqa, mətbuatda niderlandlı pilotun "Maklaren"ə keçə biləcəyi ilə bağlı xəbərlər də yayılıb.

Mövsümün ilk doqquz mərhələsindən sonra Maks Verstappen 76 xalla pilotların şəxsi hesabında yeddinci pillədə qərarlaşıb.







Formula-1