- Formula-1
- 22:33 10.07.2026
"Maklaren" komandasının pilotu Oskar Piastri dördqat dünya çempionu Maks Verstappenin Britaniya təmsilçisinə keçəcəyi ilə bağlı yayılan iddialara ilk dəfə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, "BBC" 25 yaşlı pilotçunun dediklərini belə çatdırıb.
"Mənim üçün əsas məsələ öz işimə diqqət yetirməkdir. Bilirəm ki, hələ bir müddət burada qalacağam. Komandanın məndən razı olduğunu, mənim də komandadan məmnun qaldığımı bilirəm. Aramızda çox yaxşı münasibət var.
Buna görə də bütün bu söhbətlər mənim üçün sadəcə informasiya səs-küyüdür və diqqət ayırmalı olduğum məsələ deyil. Mən yalnız bacardığım ən yüksək nəticəni göstərməyə köklənmişəm. Mənim üçün ən vacib olan da budur. Qalanları isə qoy bu mövzunu müzakirə etsin və istədiklərini danışsınlar", - deyə Oskar Piastri bildirib.