11 iyul 2026. Şənbə

"Ferrari" Belçika Qran-prisinə yeniliklə çıxacaq


  • Formula-1
  • 18:36 11.07.2026
  • Oxunma sayı: 51
"Ferrari" Belçika Qran-prisinə yeniliklə çıxacaq

"Ferrari" Belçika Qran-prisində arxa qanadın yeni versiyasından istifadə etməyə hazırlaşır.

90deqiqe.Az-ın “Motorsport”a istinadən məlumatına görə, İtaliya təmsilçisinin hazırladığı yenilənmiş sistem avtomobilin Belçikanın Spa-Frankorşam trasının düzlüklərində saatda əlavə 11 kilometr sürət yığmasına imkan verəcək.

Bildirilib ki, Maranelloda hazırlanan yeni arxa qanadda hərəkətli hissələrlə əsas profil arasındakı məsafə artırılıb. Bu dəyişiklik hava müqavimətini daha da azaldacaq və düzlüklərdə sürətin artmasına şərait yaradacaq.

Qeyd olunur ki, oxşar həll "Red Bull"da Maks Verstappenin Avstriya sıralama yürüşündə və Böyük Britaniya Qran-prisinin 47-ci dövrəsində yaşadığı iki hadisədən sonra Beynəlxalq Avtomobil Federasiyasının diqqətini çəkmişdi.

"Ferrari"nin hazırladığı sistem isə tam etibarlı hesab olunur. İtaliya komandası bu texnologiyanı nasazlıq olmadan işlək vəziyyətə gətirə bilən yeganə komanda kimi qiymətləndirilir.







Formula-1