11 iyul 2026. Şənbə

Mark Markes Almaniya Qran-prisinə ilk sıradan başlayacaq


  • Formula-1
  • 18:41 11.07.2026
  • Oxunma sayı: 49
Mark Markes Almaniya Qran-prisinə ilk sıradan başlayacaq

Yeddiqat dünya çempionu Mark Markes Almaniya Qran-prisinin sıralama yürüşündə ən yaxşı nəticəni göstərərək ilk start yerini qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, "Dokati" komandasının ispaniyalı pilotu Zaksenrinq trasında 1 dəqiqə 19,041 saniyə nəticə göstərərək həm ilk start yerini əldə edib, həm də trasın yeni rekordunu müəyyənləşdirib.

İkinci yeri onun qardaşı Aleks Markes tutub. "Qrezini" komandasının üzvü liderdən cəmi 0,061 saniyə geri qalıb. İlk üçlüyü isə "VR46" komandasının pilotu Fabio Di Cannantonio tamamlayıb.

Sıralama yürüşünün diqqətçəkən hadisələrindən biri "Apriliya" komandasının pilotu Marko Bedzekkinin qəzası olub. İtaliyalı sürücü ikinci hissənin əvvəlində yıxıldığı üçün mübarizəni davam etdirə bilməyib və səkkizinci yerlə kifayətlənib. Onun komanda yoldaşı Xorxe Martin isə doqquzuncu nəticə göstərib.

Françesko Banyaya sıralama yürüşünün ilk hissəsindən mübarizəyə qoşulmalı olub. Həmin mərhələni birinci başa vursa da, yekunda yalnız 11-ci yeri tuta bilib.

"VR46" komandasının pilotu Franko Morbidelli yeddinci nəticə göstərsə də, Pedro Akostaya mane olduğu üçün üç pillə geriyə salınıb.

Almaniya Qran-prisinin sıralama yürüşünün ilk on iki nəticəsi:

  1. Mark Markes – 1:19,041
  2. Aleks Markes +0,061
  3. Fabio Di Cannantonio +0,147
  4. Raul Fernandes +0,151
  5. Ai Oqura +0,307
  6. Fabio Kuartararo +0,342
  7. Franko Morbidelli +0,491*
  8. Marko Bedzekki +0,572
  9. Xorxe Martin +0,687
  10. Pedro Akosta +0,699
  11. Françesko Banyaya +0,712
  12. Cek Miller +0,740
  • Franko Morbidelli start düzümündə üç pillə geriyə salınıb.






Formula-1