- Formula-1
- 23:41 11.07.2026
"Red Bull"un texniki direktoru Pyer Vaşe dördqat dünya çempionu Maks Verstappenin narazılığının səbəbindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, onun sözlərinə görə, niderlandlı pilotu narahat edən əsas məsələ qələbələrin olmaması deyil, bolidin potensialına tam əmin olmamasıdır.
"Maks elə məqamlara diqqət yetirir ki, onların ona təsiri bizim düşündüyümüzdən qat-qat böyük olur. Simulyasiyalarımızda ciddi problem hesab etmədiyimiz bəzi nüanslar onun üçün çox önəmlidir. O, bunları sükan arxasında hiss edir, amma biz həmin hissi simulyatorda tam şəkildə təkrarlaya bilmirik. Buna baxmayaraq, bolidin sürət potensialı dəyişmir.
Maks qələbə qazana bilmədiyi üçün məyus deyil. Onun üçün ən vacibi odur ki, qalib gəlməyə imkan verəcək bolidi təqdim edə biləcəyimizə əmin olsun. Biz isə buna qadirik", – deyə Pyer Vaşe bildirib.