12 iyul 2026. Bazar günü

"Ferrari" Hemiltonla bağlı qərarını açıqladı


  • Formula-1
  • 23:33 11.07.2026
  • Oxunma sayı: 67
"Ferrari" Hemiltonla bağlı qərarını açıqladı

"Ferrari" komandasının rəhbəri Frederik Vassyor Luis Hemiltonun 2027-ci il mövsümündə də İtaliya təmsilçisinin heyətində çıxış edəcəyini təsdiqləyib.

90deqiqe.Az-ın məlumatına görə, jurnalistlərin britaniyalı pilotun 2027-ci ildə də "Ferrari"də yarışıb-yarışmayacağı ilə bağlı sualını Vassyor qısa şəkildə cavablandırıb:

"Bəli", – deyə komanda rəhbəri bildirib.

Qeyd edək ki, yeddiqat dünya çempionu Lyuis Hemilton 2025-ci ildən "Ferrari"nin şərəfini qoruyur. O, bundan əvvəl "Mercedes" komandasında çıxış edib və altı çempionluq titulunu məhz həmin komandanın heyətində qazanıb.

Hemilton cari mövsümdə "Ferrari" ilə ilk qələbəsini Barselona Qran-prisində əldə edib. Təcrübəli pilot 147 xalla fərdi hesablamada üçüncü pillədə qərarlaşıb.







Formula-1