12 iyul 2026. Bazar günü

"Həmilton 2026-cı il mövsümündə çempionluq uğrunda sonadək mübarizə aparacaq"


  • Formula-1
  • 23:41 11.07.2026
  • Oxunma sayı: 41
"Həmilton 2026-cı il mövsümündə çempionluq uğrunda sonadək mübarizə aparacaq"

"Mercedes"in pilotu Corc Rassell komandanın sabiq üzvü, hazırda isə "Ferrari"də çıxış edən Luis Həmiltonun 2026-cı il mövsümündə çempionluq uğrunda əsas namizədlərdən biri olacağı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, "Daily Mail" təcrübəli pilotçunun dediklərini belə çatdırıb.

"Əminəm ki, Lüis mövsümün sonuna qədər çempionluq uğrunda mübarizə aparacaq. O, titulun ən ciddi iddiaçılarından biridir. Həmilton hələ də zirvədə olmaq üçün lazım olan bütün keyfiyyətlərə malikdir. Çətinliklərin öhdəsindən gəlmək bacarığı məni heyran edir.

Mənimlə "Mercedes"də keçirdiyi son mövsümdən və ötən il Şarl Leklerin "Ferrari"də yaşadıqlarından sonra bir çoxları artıq onu hesabdan silmişdi. Lakin indi o, yenidən ən yaxşı formasını nümayiş etdirir.

Söhbət ondan getmir ki, o, bir gün oyanaraq yenidən necə sürmək lazım olduğunu xatırlayıb. Sadəcə, indi hər şey onun xeyrinə işləyir. O, bolidi idarə etməkdən zövq alır, komandaya tam etibar edir. Avtomobilin sazlanması üzərində çox uğurlu işləyir və təkərləri ən səmərəli iş rejiminə gətirməyi bacarır.

Mən də ötən il və bu mövsümün əvvəlində oxşar dönüş nöqtəsi yaşamışdım və ümid edirəm ki, yenidən həmin mərhələyə qayıtmışam. Bolidi öz sürüş tərzimə uyğunlaşdırmaq üçün çalışıram. Bunun nəticəsini Barselonada qazandığım ilk start yeri və ikinci yerlə, həmçinin Avstriyadakı çıxışımda gördük", – deyə Corc Rassell bildirib.







Formula-1