- Formula-1
- 23:14 16.07.2026
"Ferrari" komandasının pilotu Şarl Lekler "Red Bull"un sürücüsü Maks Verstappenin İtaliya təmsilçisinə mümkün transferi barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, monakolu pilot bildirib ki, dördqat dünya çempionu olan Ferstappenlə eyni komandada çıxış etməkdən çəkinmir.
"O, dörd çempionluq titulu qazanmış möhtəşəm pilotdur. Xoşbəxtlikdən karyeram ərzində çox güclü komanda yoldaşları ilə çıxış etmişəm – Seb (Fettel), Karlos (Sayns) və Lyuis (Hemilton). Buna görə də Maksla eyni komandada olmaq ehtimalı məni qorxutmur.
Əgər nə vaxtsa belə bir vəziyyət yaranarsa, bu, gözəl hekayə olardı. Çünki biz 2010-cu ildən birlikdə başlamışıq və kartinqin bütün mərhələlərində yan-yana mübarizə aparmışıq. Buna görə də niyə olmasın?" – deyə Leklerin sözlərini RACE+ yayımlayıb.
Qeyd edək ki, son vaxtlar Maks Ferstappenin gələcəyi ilə bağlı müxtəlif iddialar səslənir. Onun adı bir sıra komandalarla hallansa da, hazırda "Red Bull"da çıxışını davam etdirir.