18 iyul 2026. Şənbə

Verstappenin atası "Maklaren"in düşərgəsində görünüb


  • Formula-1
  • 22:47 17.07.2026
  • Oxunma sayı: 37
Verstappenin atası "Maklaren"in düşərgəsində görünüb

"Red Bull" komandasının pilotu, dördqat dünya çempionu Maks Verstappenin atası Yos Verstappen və niderlandlı sürücünün meneceri Raymond Vermulen Belçika Qran-prisi çərçivəsində "Maklaren"in düşərgəsinə baş çəkiblər.

90deqiqe.Az xəbər verir ki, onlar bu gün keçirilən yarış həftəsonunda Britaniya komandasının qəbul məkanında olublar.

Son həftələr mətbuatda Maks Verstappenin nümayəndələrinin "Maklaren"in baş icraçı direktoru Zak Braunla mümkün transferlə bağlı danışıqlar apardığı barədə iddialar yayılıb.

Bundan bir gün əvvəl isə Verstappenin təmsil olunduğu menecer şirkətinin "Maklaren"in 15 yaşlı Formula-4 pilotu ilə müqavilə bağladığı barədə məlumat ortaya çıxıb.

Qeyd edək ki, hazırda Maks Verstappenin gələcəyi ilə bağlı müxtəlif transfer ehtimalları gündəmdə qalmaqda davam edir.







Formula-1