- Formula-1
- 23:18 17.07.2026
Formula-1 üzrə 2026-cı il mövsümünün 10-cu mərhələsi olan Belçika Qran-prisinin ikinci sərbəst yürüşü keçirilib.
90deqiqe.Az xəbər verir ki, Spa trasında baş tutan yürüşdə ən yaxşı nəticəni "Mercedes" komandasının 19 yaşlı italiyalı pilotu Andrea Kimi Antonelli göstərib. Son dünya çempionu Lando Norris ("Maklaren") ikinci, dördqat dünya çempionu Maks Verstappen ("Red Bull") isə üçüncü olub.
Sessiyanın sonlarında "Alpin" komandasının pilotu Pyer Qasli bolidini qəzaya uğradıb. Hadisədən sonra qırmızı bayraqlar qaldırılıb və pilotlar yalnız sessiyanın son anlarında start prosedurlarını məşq etmək üçün yenidən trasa çıxıblar.
Belçika Qran-prisi – ikinci sərbəst yürüşün nəticələri: