- Formula-1
- 20:58 18.07.2026
"Formula 1" üzrə dünya çempionatının mövsümdəki 10-cu mərhələsi olan Belçika Qran-prisi üçün sıralama yürüşləri başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Belçikanın 7 kilometrlik Spa-Frankorşam trasında keçirilən sıralama mərhələsində "Mersedes" komandasının italiyalı pilotu Kimi Antonelli 1 dəqiqə 44,361 saniyə nəticə göstərərək ilk yeri tutub.
Bununla da Antonelli cari mövsümdə Çin, Yaponiya, Mayami, Monako və Böyük Britaniya mərhələlərindən sonra altıncı dəfə yarışa ilk sıradan başlamaq hüququ qazanıb.
Sıralama yürüşlərində "Red Bull" komandasının niderlandlı pilotu Maks Verstappen liderdən 0,317 saniyə geri qalaraq ikinci olub. "Maklaren"in britaniyalı pilotu Lando Norris isə Antonellidən 0,440 saniyə geri qalaraq üçüncü pillədə qərarlaşıb.
Belçika Qran-prisi sabah Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.