19 iyul 2026. Bazar günü

"Antonellini məğlub edə biləcəyimə inanıram"


  • Formula-1
  • 23:26 18.07.2026
  • Oxunma sayı: 71
"Antonellini məğlub edə biləcəyimə inanıram"

"Mercedes" komandasının pilotu Corc Rassell Belçika Qran-prisi öncəsi boliddəki problemlərə baxmayaraq, komanda yoldaşı Andrea Kimi Antonelli ilə mübarizə aparmağa hazır olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, britaniyalı pilot bildirib ki, Antonelli hazırda yüksək sürət nümayiş etdirsə də, onu geridə qoyacaq gücdə olduğuna inanır.

"Qalib gəlməyə çalışacağam? Əlbəttə. Yarışda hər şey baş verə bilər. Amma etiraf etməliyəm ki, hazırda inanılmaz formada olan və çox sürətli çıxış edən komanda yoldaşımla mübarizə aparmaq heç də asan deyil. Buna baxmayaraq, birbaşa mübarizədə özümə güvənirəm və onu qabaqlaya biləcəyimə inanıram"

Pilot boliddəki texniki problemlərin vəziyyəti çətinləşdirdiyini də qeyd edib.

"Bəzən elə hiss edirsən ki, sanki bir əlin bağlı vəziyyətdə yarışa çıxmısan. Bu, həqiqətən də böyük sınaqdır. Silverstounda da eyni problemlə üzləşmişdik. Buna baxmayaraq, ikinci yeri tutaraq podiuma yüksəldik. Sabah da bu çətinliklərin öhdəsindən gəlməyə çalışacağam. Ümid edirəm ki, yaxşı nəticə qazanacağıq və Macarıstan mərhələsinə qədər bu problemin həllini tapacağıq", – deyə o vurğulayıb.







Formula-1