19 iyul 2026. Bazar günü

"Bu vəziyyətə uyğunlaşmağa çalışıram"


  • Formula-1
  • 23:34 18.07.2026
  • Oxunma sayı: 34
"Bu vəziyyətə uyğunlaşmağa çalışıram"

Dördqat dünya çempionu Maks Verstappen Belçika Qran-prisinin sıralama yürüşündən sonra boliddə enerji bərpası sistemi ilə bağlı problemlərə münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot məsələ ilə bağlı növbəti dəfə şikayət etmək istəmədiyini, mövcud vəziyyətə uyğunlaşmağa çalışdığını deyib.

"Düzünü desəm, yenə burada oturub eyni problemlərdən şikayət etmək istəmirəm. Çünki belə davam etsəm, yəqin ki, çıxışda məni vuracaqlar. Daha əvvəl də demişdim ki, mən bu vəziyyətə psixoloji olaraq uyğunlaşıram və mövcud şəraitdən maksimum yararlanmağa çalışıram"

"Red Bull"un pilotu əlavə edib ki, yaranmış vəziyyət onu qane etməsə də, əlindən gələnin ən yaxşısını etməyə davam edəcək.

"Əlbəttə, bu, mənim sevdiyim və məhz buna görə məşğul olduğum avtoidman deyil. Amma evdə oturub ümumiyyətlə yarışmamaq da heç nəyi dəyişməyəcək. Ona görə də bacardığım hər şeyi etməyə çalışıram"







Formula-1