- Formula-1
- 22:40 19.07.2026
Formula 1 üzrə 2026-cı il mövsümünün 10-cu mərhələsi olan Belçika Qran-prisinin əsas yarışı "Spa-Frankorşam" trasında keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, yarışın qalibi "Mersedes"in pilotu Andrea Kimi Antonelli olub. İkinci yeri "Ferrari"nin monakolu pilotu Şarl Lekler tutub. İlk üçlüyü isə "Red Bull"un niderlandlı sürücüsü Maks Verstappen tamamlayıb.
Yarışdan sonra "Ferrari"nin pilotu Lüis Hemilton pit-stop zamanı baş verən insidentə görə stüardların araşdırmasına cəlb olunacaq. Belə ki, britaniyalı sürücü dayanacaq zamanı son anda avtomobilə yaxınlaşan mexaniklərdən birini vurub.
Belçika Qran-prisinin nəticələri:
Qeyd edək ki, Corc Rassell ("Mersedes") yarışın ilk dövrəsində mübarizəni dayandırıb. Serxio Peres ("Kadillak") 14-cü, Lens Stroll ("Aston Martin") isə 26-cı dövrədə yarışı başa vura bilməyib.