- Formula-1
- 23:50 20.07.2026
"Maklaren" komandasının pilotu Oskar Piastri yeni güc qurğularının təsnifat yürüşlərinin gedişinə təsirini kəskin tənqid edib.
90deqiqe.Az-ın məlumatına görə, avstraliyalı pilot mövcud vəziyyətin yarışların ədalətliliyinə mənfi təsir göstərdiyini bildirib.
"Bu, bərbad vəziyyətdir. Bunu başqa cür adlandıra bilmirəm. Düşünürəm ki, bu fikirdə tək deyiləm. Corc Rassellin bu həftəsonu bununla bağlı ciddi problemlər yaşadığını bilirəm. Son bir neçə mərhələdə də oxşar çətinliklərlə üzləşmişdi. Digər pilotlarla söhbətlərdən də məlum olur ki, vəziyyət demək olar hamı üçün eynidir.
Təsnifatın nəticəsinin kompüter sisteminin düzgün işləyib-işləməməsindən asılı olması yarışların keçirilməsi üçün düzgün yanaşma deyil. Spa kimi traslarda bu problem daha qabarıq hiss olunur. Təsnifatdan sonra dövrəyə baxırsan, görürsən ki, bütün döngələri komanda yoldaşınla eyni tempdə keçmisən, amma finişdə ondan iki onda bir saniyə geri qalırsan. Bu isə, yumşaq desək, xoş hiss deyil", - deyə Piastri bildirib.