- Formula-1
- 23:50 20.07.2026
"Mercedes" komandasının pilotu Corc Rassel Belçika Qran-prisinin ilk dövrəsində qəzaya uğrayaraq yarışı vaxtından əvvəl başa vurduqdan sonra sosial şəbəkə hesabında paylaşım edib.
90deqiqe.Az-ın məlumatına görə, britaniyalı pilot çətinliklərə baxmayaraq mübarizəni davam etdirəcəyini bildirib.
"Bizi yıxırlar, amma biz yenidən ayağa qalxırıq. Bu, nə qədər təkrarlansa da, dəyişməyəcək. Bu mövsüm çox çətin anlar yaşadım, amma mübarizədən heç vaxt vaz keçməyəcəyəm", - deyə Rassel yazıb.
Xatırladaq ki, insident "Kemmel" düzlüyünün sonundakı əyləcləmə zonasına daxil olarkən baş verib. Təkrar görüntülərə əsasən, Rassel trayektoriyanın xarici hissəsində hərəkət edərkən "Ferrari" pilotu Lyuis Hemiltonun bolidi ilə təmas yaşanıb. Nəticədə "Mercedes" bolidi çınqıl zolağına çıxıb, yarış rəhbərliyi isə təhlükəsizlik avtomobilini trasa buraxıb.