22 iyul 2026. Çərşənbə

"Haas"ın ehtiyat pilotu olmağa əsas namizəd müəyyənləşdi


  • Formula-1
  • 23:15 21.07.2026
  • Oxunma sayı: 19
"Haas"ın ehtiyat pilotu olmağa əsas namizəd müəyyənləşdi

"Ferrari" Akademiyasının üzvü Rafael Kamara 2027-ci il mövsümündə "Haas" komandasının ehtiyat pilotu olmağa yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, Braziliyalı pilot hazırda Amerika təmsilçisinin ehtiyat pilot yeri üçün əsas namizəd hesab olunur. Onun hələlik əsas heyətdə deyil, ehtiyat pilot kimi komandaya qoşulacağı gözlənilir.

Bildirilir ki, "Haas" gələcəkdə Kamaranın hazırkı əsas pilotlardan biri olan və "Ferrari" Akademiyasının yetirməsi Oliver Bermanı əvəz etməsini planlaşdırır.

Bununla yanaşı, komanda digər variantları da nəzərdən keçirir. "Haas" Formula-2-də çıxış edən Leonardo Fornarolini də izləyir. Bundan başqa, hazırkı ehtiyat pilot Ryo Hirakava ilə müqavilənin müddətinin uzadılması ehtimalı da gündəmdədir.







Formula-1