- Formula-1
- 23:15 22.07.2026
"Uilyams" komandasının pilotu Karlos Sains Fernando Alonsonun "Aston Martin"dən ayrılacağı təqdirdə onu əvəzləməyə əsas namizədlərdən biri hesab olunur.
90deqiqe.Az-ın “AutoRacer”ə istinadən məlumatına görə, ikiqat dünya çempionu Fernando Alonso komandanı tərk edərsə, "Aston Martin" ilk növbədə Karlos Sainsin namizədliyini nəzərdən keçirəcək.
Bildirilir ki, ispaniyalı pilotun özü də hazırda "Uilyams"dakı idman nəticələrindən və mövqeyindən tam razı deyil.
Eyni zamanda qeyd olunur ki, "Alpin" komandasının pilotu Franko Kolapintonun müqaviləsində Niderland Qran-prisindən bir neçə gün sonra qüvvədən düşəcək xüsusi bənd mövcuddur.
Bu səbəbdən, "Uilyams"da yer boşalacağı təqdirdə argentinalı pilotun yenidən komandaya qayıtması mümkün hesab edilir.