- Formula-1
- 23:15 22.07.2026
Formula-1 üzrə sabiq pilot Colion Palmer Belçika Qran-prisindən sonra "Red Bull" komandasının nikbin olmaq üçün ciddi əsasları yaranması ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, "Raingnews365" keçmiş pilotçunun dediklərini belə çatdırıb.
"Red Bull" üçün ən sevindirici məqam odur ki, komanda artıq fərqli xüsusiyyətlərə malik traslarda rəqabətədavamlı görünür. Mövsümün ilk hissəsində hər iki pilot həm bolidin kifayət qədər yerəyatma qüvvəsi yaratmamasından, həm də balansın sabit olmaması səbəbindən çətinlik yaşayırdı. Bu problemlər təkcə dövrə ərzində deyil, hətta ayrı-ayrı döngələrdə də özünü göstərirdi.
İndi isə görünür ki, komanda öz ritmini tapıb. Spa trasında onlar sərbəst yürüşlərin ilk dövrələrindən etibarən yüksək sürət nümayiş etdirdilər. Halbuki bu trasdakı uzun və sürətli döngələr bolidin idarəetməsindəki ən kiçik çatışmazlıqları belə dərhal üzə çıxarır", – deyə Palmer bildirib.
Sabiq pilotun fikrincə, Belçika Qran-prisində nümayiş etdirilən performans "Red Bull"un mövsümün qalan hissəsində daha sabit və iddialı çıxış edəcəyinə ümid yaradır.