- Formula-1
- 23:55 23.07.2026
"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli pilotçu "Mercedes"lə 2027-ci il mövsümü üçün müqaviləsi ilə bağlı heç bir sualın qalmadığını bildirib.
"Biz 2027-ci il üçün müqavilə barədə müzakirə aparmamışıq, çünki buna heç ehtiyac yoxdur. Burada heç bir sual yoxdur. Detallara girmək istəmirəm, amma 2027-ci ildə "Mercedes"də olacağam - bu, faktdır", - deyə Rasselin sözlərini FormulaPassion yayıb.
Qeyd edək ki, 2026-cı il mövsümünün əvvəlində Corc Rassel Avstraliya Qran-prisində qalib gəlib. Lakin daha sonra onun nəticələri zəifləyib.
Hazırda britaniyalı pilot şəxsi sıralamada üçüncü pillədə qərarlaşıb. O, komanda yoldaşı Andrea Kimi Antonellidən 50 xal geri qalır. Qələbələrin sayına görə də italiyalı pilot Rasseli üstələyir - Antonellinin 6, Rasselin isə 2 qələbəsi var.