- Formula-1
- 23:55 23.07.2026
"Mercedes" komandasının pilotu Andrea Kimi Antonelli 2026-cı il mövsümünün ilk yarısında ən yaxşı sürücü olub-olmadığını dəqiq söyləməsə də, güclülər sırasında yer aldığını bildirib.
90deqiqe.Az-ın məlumatına görə, "GPblog" pilotçunun dediklərini belə çatdırıb.
"Start yaxşı alındı, amma belə bir şeyi təsdiqləmək çox çətindir. Düşünürəm ki, mən ən yaxşılardan biri idim, amma peletondakı ən yaxşı sürücü olduğumu deyə bilmərəm. Lakin geriyə baxanda düşünürəm ki, biz ən az səhv edən tərəf olduq və məhz bu da yaxşı nəticələr qazanmağımıza kömək etdi.
Əlbəttə, bizim çox güclü bolidimiz də var idi. Amma öz tərəfimdən komanda ilə birlikdə gördüyümüz işdən, xüsusilə də yarışların icrası baxımından razı qala bilərəm. Qarşıda hələ bu həftəsonu var və onu da yaxşı başa vurmalıyıq. Ümumilikdə isə mövsümün ilk hissəsinin necə keçməsindən razıyam. Bu nəticələr bizə hazırkı mövqeyimizi qazandırdı. Düşünürəm ki, bu baxımdan əla iş gördük"
Qeyd edək ki, italiyalı pilot 2026-cı il mövsümündə "Mercedes"in əsas heyətində çıxış edir və komanda yoldaşı Corc Rassellə şəxsi sıralamada ciddi rəqabət aparır.