24 iyul 2026. Cümə

"Eyni şeyi təkrarlamaqdan yoruldum"


  • Formula-1
  • 23:55 23.07.2026
  • Oxunma sayı: 52
"Eyni şeyi təkrarlamaqdan yoruldum"

Dördqat dünya çempionu Maks Verstappen Formula-1-in yeni mühərrik reqlamentinə dair iradlarını təkrar etməkdən yorulduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot qeyd edib ki, “bəzi insanlar” onun hələ 2023-cü ildə gəldiyi nəticələrə yalnız indi çatırlar.

“Bu qaydalarla bağlı fikirlərimi uzun müddətdir bildirirəm. Əvvəllər bir çoxları deyirdi: “O, sadəcə şikayət edir, qoy susun”. Amma deməliyəm ki, son bir neçə yarışda getdikcə daha çox insan mənim əvvəldən gördüyüm məsələləri görməyə başlayıb.

Məsələ mənim artıq qalib gəlməməyimdə deyil. Sadəcə, ümumilikdə bu idman növü mənim üçün önəmlidir. Eyni şeyi dəfələrlə deyəndə isə bir müddətdən sonra insan özü də yorulur.

Təbii ki, insanlar yenə suallar verirlər və ola bilsin, dediklərim hər zaman qiymətləndirilmir. Amma mən sadəcə gördüklərimi və düşündüklərimi deyirəm. Bəzən müəyyən məqamları görürsən, sonra isə kimsə deyir: “Bəli, amma yarış əla keçdi”. Mən isə cavab verirəm: “Hə, amma hazırda yarışdığımız üsul o qədər də real görünmür”.

Bəzi traslara gəlirsən və mühərrikin gücü Formula-1 standartlarına görə olduqca aşağı görünür. Bu, bir qədər məyusedicidir. Mən bunu artıq illər əvvəl proqnozlaşdırmışdım.

Aydındır ki, bu amil yarışı ən həyəcanlı vəziyyətə gətirmir. Amma müəyyən məqamda eyni fikri təkrar-təkrar söyləməkdən mən də yoruldum. Çünki sadəcə pilotluğun özü kifayət qədər enerji tələb edir”, — deyə Verstappenin sözlərini RacingNews365 nəşri yayıb.

Qeyd edək ki, Verstappen hələ 2023-cü ildə üç il sonra qüvvəyə minməsi planlaşdırılan yeni mühərrik reqlamenti ilə bağlı narahatlığını ifadə etmişdi. O zaman pilot bu dəyişiklikləri “dəhşətli görünən” qərar kimi qiymətləndirmişdi.







Formula-1

"Ən yaxşılardan biri idim"
  • Formula-1
  • 23:46 23.07.2026
"Ən yaxşılardan biri idim"