- Formula-1
- 23:32 25.07.2026
"Formula-1" üzrə Macarıstan Qran-prisində çıxış edən "Aston Martin" komandasının pilotu Lens Stroll ikinci sərbəst yürüşü buraxacaq.
90deqiqe.Az xəbər verir ki, Kanada təmsilçisi ilk sərbəst yürüş zamanı bolidinin arxa asqısında yaranan nasazlıq səbəbindən sessiyanı vaxtından əvvəl dayandırmalı olub.
Komanda ikinci məşqdən öncə yaydığı açıqlamada bolidi vaxtında bərpa etməyin mümkün olmadığını bildirib.
"Təəssüf ki, Lens ikinci sərbəst yürüşdə iştirak edə bilməyəcək. İlk məşq zamanı yaranan zədələri aradan qaldırmaq üçün kifayət qədər vaxtımız olmadı", - deyə "Aston Martin"in sosial şəbəkə hesablarında yayımlanan açıqlamada qeyd olunub.
Qeyd edək ki, "Formula-1" üzrə Macarıstan Qran-prisi "Hunqarorinq" trasında keçirilir.