26 iyul 2026. Bazar günü

Macarıstan Qran-prisi: Həmilton ikinci sərbəst yürüşün ən sürətlisi oldu


  • Formula-1
  • 23:24 24.07.2026
  • Oxunma sayı: 55
Macarıstan Qran-prisi: Həmilton ikinci sərbəst yürüşün ən sürətlisi oldu

"Formula-1" üzrə 2026-cı il mövsümünün 11-ci mərhələsi olan Macarıstan Qran-prisində ikinci sərbəst yürüş başa çatıb.

90deqiqe.Az xəbər verir ki, "Hunqarorinq" trasında keçirilən sessiyada ən yaxşı nəticəni "Ferrari" komandasının pilotu Luis Həmilton göstərib.

Yeddiqat dünya çempionu 1:18.792 nəticə ilə protokola başçılıq edib. İkinci yeri onun komanda yoldaşı Şarl Lekler (+0.148), üçüncü pilləni isə son dünya çempionu, "Maklaren"in pilotu Lando Norris (+0.499) tutub.

Macarıstan Qran-prisi – ikinci sərbəst yürüşün nəticələri:

  1. Luis Həmilton ("Ferrari") – 1:18.792
  2. Şarl Lekler ("Ferrari") – +0.148
  3. Lando Norris ("Maklaren") – +0.499
  4. Maks Verstappen ("Red Bull") – +0.692
  5. Corc Rassell ("Mercedes") – +0.933
  6. İsak Hacar ("Red Bull") – +1.071
  7. Liam Louson ("Racing Bulls") – +1.312
  8. Oskar Piastri ("Maklaren") – +1.372
  9. Niko Hülkenberq ("Audi") – +1.396
  10. Arvid Lindblad ("Racing Bulls") – +1.524

Qeyd edək ki, "Aston Martin"in pilotu Ləns Stroll ilk sərbəst yürüş zamanı bolidində yaranan texniki nasazlığa görə sessiyanı yarımçıq dayandırmış, komanda isə avtomobili vaxtında bərpa edə bilmədiyindən kanadalı sürücü ikinci məşqdə nəticə göstərə bilməmişdi.







Formula-1