26 iyul 2026. Bazar günü

"Bu, bizi daha güclü edəcək ilk addımdır"


  • Formula-1
  • 23:27 24.07.2026
  • Oxunma sayı: 51
"Bu, bizi daha güclü edəcək ilk addımdır"

"Formula-1" üzrə ikiqat dünya çempionu və "Aston Martin" komandasının pilotu Fernando Alonso Macarıstan Qran-prisinə gətirilən yenilənmiş texniki paketdən razı qaldığını bildirib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli ispaniyalı sürücü bu barədə "Motorsport Italia"ya açıqlamasında danışıb.

"Özümü yaxşı hiss edirəm. Ümumilikdə gözlədiyimiz nəticələri və texniki göstəriciləri əldə etdik. Bu, həm 2027-ci il bolidi, həm də cari mövsüm baxımından ümidvericidir. Qarşıda bizi böyük iş gözləyir, amma düşünürəm ki, bu, bizi daha güclü edəcək ilk uğurlu addımdır"

43 yaşlı pilot ilk sərbəst yürüş zamanı boliddə güclü vibrasiyalar hiss etdiyini, lakin komandanın problemi ikinci sessiyaya qədər böyük ölçüdə aradan qaldırdığını qeyd edib.

"Xüsusilə ilk məşqdə və əsas düzlükdə vibrasiyalar hiss olunurdu. Lakin ikinci məşqə qədər komanda bu problemi demək olar ki, həll etdi",

Alonsonun sözlərinə görə, yenilənmiş paket gözlənilməz nəticələr verməsə də, komandanın əsas məqsədinə çatmasına kömək edib.

"Artıq döngələrdə orta qrupun ən güclü komandaları ilə müqayisədə ciddi sürət çatışmazlığı yaşamırıq. Məqsədimiz də məhz orta qrupun lideri olmaq idi. Hesab edirəm ki, döngələrdə daha sürətli olmuşuq. İndi şassi və güc qurğusu üzərində işləməyə davam etməliyik. Bu, uzun inkişaf yolunda ilk addımdır. Komandada ab-hava çox yaxşıdır və planlaşdırdıqlarımıza nail olmuşuq"







Formula-1