- Formula-1
- 23:32 25.07.2026
"Red Bull" komandasının pilotu, dördqat dünya çempionu Maks Verstappen Macarıstan Qran-prisinin sıralama turundakı çıxışını və bolidin performansını sərt tənqid edib.
90deqiqe.Az xəbər verir ki, niderlandlı sürücü bu barədə "RaceFans" nəşrinə açıqlamasında danışıb.
"Bütün həftəsonu bizim üçün çox çətin keçdi. Xüsusilə sıralama turunda bolidin performansı sürətlə pisləşirdi. Problem təkərlərin aşınmasında deyil, bolidin özündədir. Açığı, bunun səbəbini başa düşə bilmirəm. Vəziyyət həqiqətən çox ağırdır. Bolid qəfil həddindən artıq dönməyə başladı və sıralama turunda vurduğum hər dövrə əvvəlkindən daha pis alınırdı"
Pilot əlavə edib ki, komanda ardıcıl şəkildə müxtəlif texniki problemlərlə üzləşir və bu, hazırda əsas narahatlıq mənbəyidir.
"Hər dəfə yeni bir problemlə qarşılaşırıq. Elə əsas problemimiz də budur. Daim başqa bir çətinlik ortaya çıxır və bu, heç də yaxşı vəziyyət deyil", – deyə dördqat dünya çempionu vurğulayıb.
Qeyd edək ki, Verstappen sıralama turunu altıncı pillədə başa vurub. Həlledici cəhd zamanı isə onun bolidi trasda fırlanıb.