- Formula-1
- 23:32 25.07.2026
Formula 1 üzrə 2026-cı il mövsümünün 11-ci mərhələsi olan Macarıstan Qran-prisinin sıralama turu başa çatıb.
90deqiqe.Az xəbər verir ki, "Hunqarorinq" trasında keçirilən kvalifikasiyada "Maklaren" komandasının pilotu Lando Norris 1:17.207 nəticə ilə poul mövqeyini qazanıb.
İkinci yeri "Ferrari"nin sürücüsü Lüis Həmilton tutub. Britaniyalı pilot liderdən cəmi 0.012 saniyə geri qalıb. İlk üçlüyü isə digər "Ferrari" pilotu Şarl Lekler tamamlayıb.
Sıralama turunun həlledici – üçüncü sessiyasında "Red Bull" pilotu Maks Ferstappen bolidinə nəzarəti itirərək fırlanıb. Bu insident səbəbindən qısa müddətlik sarı bayraqlar qaldırılıb. Həmin anda trasda "Mercedes" pilotu Andrea Kimi Antonelli də sürətli dövrəsini vururdu.
Macarıstan Qran-prisi – Sıralama turunun nəticələri:
Qeyd edək ki, daha əvvəl Luis Həmilton Oskar Piastriyə mane olduğuna görə FIA tərəfindən üç yer start cəriməsi alıb. Bu səbəbdən yarışın start düzülüşü rəsmi qərardan sonra dəyişəcək.