26 iyul 2026. Bazar günü

"Mercedes" ilk dəfə poul qazana bilmədi


  • Formula-1
  • 22:00 25.07.2026
  • Oxunma sayı: 56
"Mercedes" ilk dəfə poul qazana bilmədi

Formula 1 üzrə Macarıstan Qran-prisinin sıralama turu "Mercedes" komandası üçün uğursuz nəticə ilə yadda qalıb.

90deqiqe.Az xəbər verir ki, Almaniya təmsilçisi 2026-cı il mövsümündə ilk dəfə əsas kvalifikasiyada poul mövqeyini qazana bilməyib.

Mövsümün əvvəlki 10 mərhələsində "Mercedes" pilotları – Andrea Kimi Antonelli və Corc Rassell əsas sıralama turunun qalibi olaraq yarışlara birinci yerdən start vermişdilər.

Komandanın ilk uğursuzluğu isə sprint kvalifikasiyasında Mayami Qran-prisində yaşanmışdı. Həmin vaxt poul mövqeyini "McLaren" komandasının pilotu, hazırkı dünya çempionu Lando Norris qazanmışdı.

Norris bu dəfə də uğurlu çıxışını davam etdirərək "Hunqarorinq" trasında keçirilən əsas kvalifikasiyanın qalibi olub.

Sıralama turunda ikinci nəticəni "Ferrari"nin pilotu Lüis Həmilton göstərib. İlk üçlüyü isə onun komanda yoldaşı Şarl Lekler tamamlayıb.







Formula-1