26 iyul 2026. Bazar günü

Malayziya doqquz ildən sonra yenidən "Formula 1"ə ev sahibliyi edəcək


  • Formula-1
  • 18:40 26.07.2026
  • Oxunma sayı: 49
Malayziya doqquz ildən sonra yenidən "Formula 1"ə ev sahibliyi edəcək

Formula 1 rəhbərliyi ləğv edilmiş Bəhreyn Qran-prisinin Malayziyada təşkil olunacağını rəsmən açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, yarış 2-4 oktyabr tarixlərində Sepanq Beynəlxalq Avtodromunda keçiriləcək. Bununla da Malayziya 2017-ci ildən sonra ilk dəfə Formula 1 mərhələsinə ev sahibliyi edəcək.

Yeni təqvimə əsasən, Azərbaycan və Sinqapur Qran-priləri arasında əlavə yarış keçiriləcək. Beləliklə, sentyabrın 26-da baş tutacaq Azərbaycan Qran-prisindən sonra Formula 1-də ardıcıl üç mərhələ təşkil olunacaq. Sinqapur Qran-prisi isə oktyabrın 11-nə planlaşdırılıb.

Xatırladaq ki, Formula 1 daha əvvəl ABŞ ilə İran arasında yaranmış hərbi gərginlik səbəbindən Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-prilərinin ləğv edildiyini açıqlamışdı. Bildirilmişdi ki, regiondakı təhlükəsizlik vəziyyəti ilə əlaqədar Formula 1, Formula 2, Formula 3 və F1 Akademiyası yarışlarını nəzərdə tutulan tarixlərdə keçirmək mümkün olmayacaq.

Qeyd edək ki, Formula 1 mövsümünün növbəti - 11-ci mərhələsi Macarıstanda keçiriləcək. Budapeştdə yerləşən 4,3 kilometrlik Hunqarorinq trasında 70 dövrədən ibarət yarış bu gün start götürəcək.







Formula-1