- Formula-1
- 18:58 26.07.2026
Formula 1 üzrə dünya çempionatının 2026-cı il mövsümünün 11-ci mərhələsi - Macarıstan Qran-prisi başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Hunqarorinq trasında keçirilən yarışın qalibi "Maklaren" komandasının pilotu, hazırkı dünya çempionu Lando Norris olub.
70 dövrədən ibarət yarışı britaniyalı pilot birinci pillədə tamamlayıb. "Red Bull"un dördqat dünya çempionu Maks Ferstappen ikinci, "Mersedes"in gənc pilotu Andrea Kimi Antonelli isə üçüncü yeri tutub.
İlk "beşliy"i "Ferrari" pilotları Şarl Lekler və Lyuis Hemilton tamamlayıblar.
Macarıstan Qran-prisinin ilk "10-luğu":
Qeyd edək ki, "Maklaren"in digər pilotu Oskar Piastri, eləcə də "Kadillak" komandasının sürücüləri Serxio Peres və Valtteri Bottas yarışı başa vura bilməyiblər.